“Erqotelis” Verpakovskislə 6 aylıq anlaşdı
01.02.2013 - 09:26
“Erqotelis” Verpakovskislə 6 aylıq anlaşdı
Yunanıstanın “Erqotelis” klubu “Bakı”nın transferə çıxardığı Maris Verpakovskisi heyətinə qaytardığı rəsmən təsdiqləyib. Apasport.az saytının məlumatına görə, Krit təmsilçisi Latviya yığmasının 33 yaşlı hücumçusu ilə cari mövsümün sonuna kimi nəzərdə tutulan 6 aylıq müqavilə imzaladığını açıqlayıb.

Maris 2009-cu ildən 2011-ci ilə kimi bu klubda oynayıb.

Qeyd edək ki, Verpakovskis 2011-ci ilin yayında “Bakı”ya keçmişdi.