Azərbaycan kubokunun qalibi Bundesliqada
01.02.2013 - 10:20
Azərbaycan kubokunun qalibi Bundesliqada
“Bakı” ilə müqaviləsi yeni başa çatan ispaniyalı Serxio Kontreras Pardo özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Koke kimi tanınan ispaniyalı hücumçu karyerasını Almaniyada davam etdirəcək. 31 yaşlı futbolçu II Bundesliqada çıxış edən “Reqensburq” klubuna keçib.

Qeyd edək ki, 2011/12 mövsümündə “Bakı” ilə Azərbaycan kubokunu qazanan Koke son yarım ildə müqavilə ilə paytaxt təmsilçisinə məxsus olsa da meydana çıxmayıb.