Yığmamızın futbolçusuna qadağa
01.02.2013 - 10:47
Azərbaycan milli komandasının futbolçusu David Qarayevin Rusiyanın “OİK-Energiya” klubuna keçidində problem yaranıb. Apasport.az saytının məlumatına görə, U-19-un yarımmüdafiəçisinin keçidinə Rusiya Futbol İttifaqı qadağa qoyub.
Belə ki, qurumun Mübahisəli Məsələlərin Həlli Palatası Xabarovsk təmsilçisinə ağır cəza kəsib. Klub yeni futbolçuları qeydiyyatdan keçirmək hüququndan məhrum edilib. Buna səbəb “OİK-Energiya”nın sabiq kapitanı Vyaçeslav Zapoyaskaya borclu qalmasıdır. Kluba oyunçu qarşısında öhdəlikləri ödəməyə 30 gün vaxt verilib.

0
0