Millimiz Türkiyə klubuna böyük hesabla qalib gəldi
01.02.2013 - 10:55
Millimiz Türkiyə klubuna böyük hesabla qalib gəldi
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı Nikolay Adamın baş məşqçisi olduğu yığma yerli "Evrensekispor" klubuna böyük hesabla qalib gəlib – 3:0. Millimizdən qolları Umar Akmurzayev, Elnur Cəfərov və Mahir Mədətov vurub.

Mənbə: affa.az