Elxan Məmmədov Özbəkistanla oyunu izləməyə gedib
01.02.2013 - 14:27
Elxan Məmmədov Özbəkistanla oyunu izləməyə gedib
AFFA-nın baş katibi Elxan Məmmədov Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Apasport.az saytının məlumatına görə, Məmmədov milli komandamızın Dubaydakı təlim-məşq toplanışına gəlib. O, bu gün Özbəkistan yığması ilə Bakı vaxtilə saat 18:00-da başlayacaq yoldaşlıq görüşünü canlı izləmək üçün təşrif buyurub.

Qeyd edək ki, millimiz yanvarın 30-dan hazırlıq keçdiyi Dubayda daha bir yoldaşlıq görüşünü fevralın 6-da Lixtenşteynlə keçirəcək.