Berti Foqts: Bəzi futbolçular yorğun idilər
01.02.2013 - 21:04
Berti Foqts: Bəzi futbolçular  yorğun idilər
“Bu, hər iki komanda üçün yaxşı hazırlıq matçı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı Özbəkistanla (0:0) keçirilən yoldaşlıq matçından sonra fikirlərini açıqlayıb: “Azərbaycan çempionatında mövsüm hələ başlamayıb və buna görə də ikinci hissədə bəzi futbolçular bir az yorğun idi. Bu, normaldır. Çünki oyunçular yalnız üç həftə məşq edirlər. Amma bütövlükdə yaxşı matç alındı. Rəqib daha hazırlıqlı idi. Heyətdə bəzi yeniliklər etdim. Oyun gənc futbolçuların təcrübə qazanması baxımından faydalı oldu”.