Maksim Medvedev: Bərabər oyun keçdi
01.02.2013 - 21:21
Maksim Medvedev: Bərabər oyun keçdi
Özbəkistan (0:0) millisi ilə Dubayda keçirilən yoldaşlıq oyundan sonra Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev qarşılaşma haqda fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu maraqlı görüş olduğunu və komanda yoldaşlarının sona qədər mübarizə apardıqlarını bildirib.

O, növbəti matçında komandamızın qələbə qazanmaq əzmində olduğunu vurğulayıb:

“Maraqlı oyun oldu. 90 dəqiqə ərzində uşaqlar gərgin mübarizə apardılar. Fərqlənməyə imkan olsa da təəssüf ki, bundan istifadə edə bilmədik. Oyun bərabər şəraitdə keçdi. Növbəti matçda qələbə qazanmaq əzmindəyik”.