Gəncə derbisində yenə sülh
01.02.2013 - 21:40
Gəncə derbisində yenə sülh
Bu gün "Kəpəz"in əvəzedici heyəti yoxlama görüşündə Gəncəni I divizionda təmsil edən "Tərəqqi" ilə qarşılaşıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Gəncə şəhər stadionunda reallaşan oyunun start fiti saat 14:00-da verilib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu oyun komandalar arasında son 7 gündə sayca ikinci yoldaşlıq görüşü olub. Belə ki, tərəflər ötən həftə üz-üzə gəlmiş və həmin matçda bərabərliklə nəticələnmişdir - 0:0.