“Mahmud Qurbanov da cavanlarla işləməyə üstünlük verir”
01.02.2013 - 22:32
Təlim-məşq toplanışını davam etdirən "Kəpəz"in heyətində təcrübəli futbolçularla yanaşı, gənclər də əzmlə çalışıb, məşqçilər korpusunun rəğbətini qazanmağa səy göstərir. Apasport.az saytının məlumatına görə, onlar arasında Məhərrəm Hüseynov da var. Ötən yay "dubl"dan əsas komandaya dəvət olunan Hüseynov çempionat oyunlarında əsas heyətin üzvlərindən olub.
Yarımmüdafiəçi klubun saytına komandanın hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb: "Məşqlərimizi davam etdiririk. Hazırlıq prosesində məşqçilərin göstərişinə uyğun çalışırıq. Məşqlər ağır olsa da, verilən tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edirik. Hər şey yaxşıdır, yavaş-yavaş irəliləyiş hiss olunur. Yoxlama oyunlarında özümüzü göstərib, baş məşqçimizin etimadını doğrultmağa səy göstəririk".
Hüseynov çempionatın qarşıdakı hissəsi haqda da danışıb. O, komandanın qeyri-qənaətbəxş çıxışına son qoyacağına inamını ifadə edib: "Bizi çox çətin oyunlar gözləyir. Durumumuz hamıya məlumdur. Əlimizdən gələni edib, turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalıyıq. Nə bacarırıqsa, onu edəcəyik. Gücümüzə görə nəticə qazanmağa çalışacağıq".
Futbolçu "Kəpəz"də gənclərə göstərilən etimaddan bəhs edərək, bunu özü və həmyaşıdları üçün böyük şans hesab etdiyini bildirib: "Bildiyiniz kimi, komandada gənc futbolçular çoxdur. Baş məşqçimiz Mahmud Qurbanov da cavanlarla işləməyə üstünlük verir. Bu bizlər üçün əla imkandır və bundan istifadə etməliyik. Klub rəhbərliyinin və məşqçilərimizin ümidlərini doğrultmağa çalışırıq. Mahmud müəllim gənclərdən şikayət edəndə onun narazılığını öz ünvanıma da qəbul edirəm".

0
0