"İnter"in Antalyadakı sonuncu rəqibi müəyyənləşdi
01.02.2013 - 23:14
Məlumat verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün iki dəfə məşq edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Kaxaber Sxadadzenin komandası toplanış çərçivəsində sonuncu yoxlama matçına fevralın 3-də çıxacaq.
"İnter" Polşanın güclülər dəstəsində çıxış edən "Poloniaya" klubu ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 15.00-da başlayacaq.
Qeyd edək ki, "İnter" həmin gün iki oyun keçirməyi planlaşdırırdı. Lakin məşqçilər korpusu bir oyunla kifayətlənməyə qərar veriblər.

0
0