“Xəzər Lənkəran” sonuncu görüşünü heç-heçə ilə başa vurdu - YENİLƏNİB
02.02.2013 - 20:45
“Xəzər Lənkəran” sonuncu görüşünü heç-heçə ilə başa vurdu - YENİLƏNİB
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün beşinci yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” Qazaxıstan "Jetisu"su (1:1), Ukrayna "Krivbass"ı (0:6), Rumıniya "Timişoara"sı (0:2), Moldova "Zimbru"sı (2:1) ardınca Bolqarıstan “Eter”i ilə qarşılaşıb.

Oyun “Xəzər Lənkəran” üçün yaxşı başlamayıb. 15-ci dəqiqədə qapısından buraxdığı qoldan sonra fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan Karles Bakesin yetirmələri, ikinci hissədə hesaba tarazlıq gətirib. 49-cu dəqiqədə yeni transfer Marin Orsuliçin vurduğu qol cənubluları məğlubiyyətdən xilas edib – 1:1.

Qeyd edək ki, “Eter” daha öncə Antalyada “Bakı” ilə heç-heçə edib (1:1) və AZAL-a 0:1 hesabı ilə uduzarkən oyun işıq dirəyinin aşması səbəbindən yarımçıq dayandırılıb.

“XƏZƏR LƏNKƏRAN” - “ETER” (Bolqarıstan) - 1:1
Qol: Marin Orsuliç, 49

“Xəzər Lənkəran” (birinci hissə): Toni Doblas, Vanderson Skarduell, Elnur Allahverdiyev, Elnur Abdullayev. Alvaro Silva, Manuel Skarlatake, Roberto Alviz, Adrian Pit, Uğur Pamuk, Elnur Cəfərov. Dmitrios Sialmas

9-cu dəqiqə. Sialmas rəqib qapıçı ilə təkbətək qalsa da imkandan yararlana bilmədi.
15-ci dəqiqədə Bolqarıstan klubu hesabı açdı.
23-cü dəqiqədə lənkəranlılar 2-ci qolu buraxmağa yaxın idi. Lakin Alvaro Silva topu qapıdan çıxara bildi.
28-ci dəqiqədə bolqarıstanlılar Sialmasın qarşısını kobudluqla alır. Cərimə meydnının qarşısından Pit təhlükəli zərbəsi endirir. Lakin top qapının üstündən keçir.
36-cı dəqiqədə isə Doblas hesabın artmasına əngəl oldu. O, iti bucaq altında vurulan zərbəni dəf etdi.
38-ci dəqiqədə Sialmas təhlükəli nöqtədə növbəti cərimə zəbəsi qazandı. Lakin cərimə meydanının xətti üzərindən qapını nişan alan Alviz hədəfə düşmədi.
Lənkəranlılar 40-cı dəqiqə ardıcıl 2 künc zrbəsindən heç birindən yararlanmadı.
44-cü dəqiqədə Sialmasın zərbəsi dirəyə dəydi.
Cənublular fasiləyə hesabda geri yollanır.

“Xəzər Lənkəran” (ikinci hissə): Orxan Sadıqlı, Elnur Allahverdiyev, Manuel Skarlatake, Vanderson Skarduell, Alvaro Silva, Roberto Alviz, Sadio Tounkara, Marin Orsuliç, Adrian Pit, Vilyam Filips, Dmitrios Sialmas

İkinci hissə başladı.
Bolqarıstanlılar meydanın mərkəzində Pitə qarşı kobud oynayırlar.
Orsuliç gözəl qol vurur. 49-cu dəqiqədə onun uzaqdan zərbəsi qapı tirinə dəyib toru silkələyir - 1:1.
56-cı dəqiqədə rəqib yerə yıxılan Alvizi vurdu. Bundan sonra futbolçular arasında qalmaqal düşdü. Amma ara tezliklə sakitləşdirildi.
Rəqibi kobudluqla saxlayan Orsuliç sarı vərəqə ilə cəzalandırıldı.
Manuel Skarlatake, Adrian Pit, Roberto Alviz, Dmitrios Sialmas meydandan çıxır. Onların əvəzinə Kamran Abdulzadə, Eder Bonfim, Kazım Kazımlı, Gökan Güləç daxil olur.
Bolqarıstanlılar Orsuliçi meydanın mərkəzində yıxırlar. Tibbi personalın müdaxiləsindən sonra xorvatiyalı ayağa qalxır.
Eder Bonfimin zərbəsi dirəkdən qayıdır.
Rəqib qapıçı Gökanın başla vurduğu zərbəsini çətinliklə qaytarır.
Saido rəqibi cərimə meydançası daxilində yerə yıxır. Hakimin təyin etdiyi penaltini qolkiper Orxan kornerə çıxarır.
“Xəzər Lənkəran” rəqibi əks-hücumda yaxalayır. Amma Vilyam Filips yaxın məsafədən çərçivəyə düşə bilməyib.
Oyun başa çatdı. “Xəzər Lənkəran” sonuncu görüşünü heç-heçə ilə başa vurdu.