“Qarabağ” üstünlüyü əldən verdi - YENİLƏNİB
02.02.2013 - 18:47
Bu gün Türkiyənin Antalya şəhərində hazırlıq prosesini başa vuran “Qarabağ” altıncı və son yoxla oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun rəqibi Moldova “Tiraspol”u olub.
Bakı vaxtı ilə saat 17:00-da başlayan görüşün ilk hissəsində ağdamlılar hesabı açıb. Təmsilçimizin heyətində Ansi Aqolli fərqlənib. Lakin fasilədən sonra moldovalılar bərabərlik qolu vura bilib. Tiraspol şəhərini təmsil edən, əsası 1992-ci ildə qurulan rəqiblə qarşılaşmada üstünlüyü əldən verən “Qarabağ” Azərbaycana heç-heçə ilə qayıdır.
Qeyd edək ki, “Qarabağ” buna qədər Antalyada beş matç keçirib. Qurban Qurbanovun yetirmələri Rusiya “Ural”ı (3:2), Gürcüstan “Zestafoni”si (2:0), Ukrayna “Hoverla”sı (1:2), Litva "Ekranas"ı (1:3) və Makedoniya “Turnovo”su (0:0) ilə üz-üzə gəlib.
“QARABAĞ” - “TİRASPOL” (Moldova) - 1:1
Ansi Aqolli, 42 - Nikulae, 50

0
0