Türkiyə millisinin heyəti açıqlandı
02.02.2013 - 02:55
Türkiyə millisinin heyəti açıqlandı
Türkiyə milli komandasının baş məşqçisi Abdulla Avcı fevralın 6-da Çexiya yığması ilə keçirəcək yoldaşlıq oyunu üçün “ay-ulduzlar”ın heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı 24 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Türkiyə millisi təlim-məşq toplanışına sabah başlayacaq.

Qapıçılar: Volkan Dəmirəl (“Fənərbaxça”), Onur Kıvrak (“Trabzonspor”), Sinan Bolat (“Standard”, Belçika),

Müdafiəçilər: Əmrə Bəlözoğlu, Bəkir İrtəgün, Gökhan Gönül, Həsən Əli Kaldırım (hamısı “Fənərbaxça”), Alper Potuk (“Əskişəhərspor”), Semih Kaya (“Qalatasaray”), Əhməd İlhan Özək (“Karabükspor”), Ömər Toprak (“Bayer”, Almaniya), Mehmet Ekici (“Verder”, Almaniya)

Yarımmüdafiəçilər: Nəcip Uysal (“Beşiktaş”), Canər Ərkin, Mehmet Topal (hər ikisi “Fənərbaxça”), Həmit Altıntop, Selçuk İnan (hər ikisi “Qalatasaray”), Arda Turan (“Atletiko”, İspaniya), Nuri Şahin (Dortmund “Borusiya”sı, Almaniya), Sərcan Sararer ("Qreuther Furs", Almaniya),

Hücumçular: Burak Yılmaz, Umut Bulut (hər ikisi “Qalatasaray”), Mevlüt Ərdinç (“Renn”, Fransa),