“Atletiko”nun futbolçuları Azərbaycan sərgisində - FOTOSESSİYA
02.02.2013 - 03:20
"Atletiko"nun üzvləri Madriddə keçirilən FİTUR-2013 sərgisinin Azərbaycan bölümünü ziyarət ediblər. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tərtib olunan Azərbaycan stendinə gələrək ətrafa toplaşan yüzlərlə insanı salamlayan ulduz futbolçular, idman formaları və şəkillər imzalayaraq ziyarətçilərə hədiyyə ediblər.
Azərbaycan stendinə gələrək ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olan rəsmilər arasında "Atletiko"nun prezidenti Enrike Sorezo (Enrique Cerezo) və "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov də yer alıblar. Gördüklərindən məmnun qalan qonaqlar ölkəmizin bu sərgidə iştirakını yüksək qiymətləndirərək, ən gözəl bölümün də, məhz, Azərbaycana məxsus olduğunu ifadə ediblər.
"Atletiko" Madrid klubunun ulduz futbolçuları 1 saat ərzində sərginin ziyarətçiləri ilə xatirə şəkilləri çəkdirib, onlara "Atletiko" və "Bakı" klublarının atributlarını hədiyyə ediblər.

0
0
1c.jpg|2c.jpg|3c.jpg|4c.jpg|5c.jpg|6c.jpg|7c.jpg|8c.jpg|