Azərbaycandan Ukrayna yığmasına
02.02.2013 - 11:33
Ukrayna milli komandasının baş məşqçisi Mixail Fomenko köməkçilərinin tam siyahısını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Vladimir Onişenko, Aleksandr Zavarov, Valeri Duşkov və Yuri Sivuxa millidə çalışacaqlar.
Maraqlısı odur ki, Ukrayna mətbuatı yığma məşqçilərini təqdim edərkən Duşkovun Azərbaycanda çalışdığını iddia edib. Belə ki, onun vaxtilə “Karvan”ın baş məşqçisi olduğu qeyd olunub. Hərçənd Yevlax təmsilçisinin tarixi ərzində yalnız 1 əcnəbi baş məşqçisi olub. Bu da türkiyəli Fuad Yaman idi.
Duşkovun klubda da köməkçi kimi çalışdığını düşünmək olardı. Lakin Yamanın dövründə “Karvan”da daha 2 türkiyəlinin olmasını nəzərə almasaq klubda başqa əcnəbi çalışdırıcı olmayıb. Bir sözlə ukraynalı həmkarlarımız Duşkovla bağlı yanlışlığa yol verib. Əslində o, heç vaxt “Karvan”da işləməyib.

0
0