Rail Məlikov və Səlahattin Dərvənt qovuldu
02.02.2013 - 18:01
Bu gün Türkiyə I dəstəsində 20-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Rail Məlikov və Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” Cavid Hüseynovlu “Adana Dəmirspor”un qonağı olub.
Öncədən də bilindiyi kimi Cavid millidə olduğu üçün, Arif isə əzələsini dartdığı üçün meydana çıxmayıb. Rail isə yenə ilk dəqiqələrdən meydanda olub.
Hesabı 24-cü dəqiqədə “Dənizlispor”un makedoniyalı futbolçusu Bayram Fetai açsa da, ikinci yarıda adanalılar hesabda önə keçib. Bundan sonra “xoruzlar” daha da acınacaqlı duruma düşüb. Belə ki, Ömər Kandəmir və Bayram Fetai (oyundan sonra ehtiyat oyunçular skamyasının şüşəsini sındırıb) qırmızı vərəqə alıb.
Bu aqibətdən Rail Məlikov və onun baş məşqçisi Səlahattin Dərvənt də qaça bilməyib. Hər iki şəxs hakimin sərt üzünü görərək meydandan qovulub. Beləliklə, “Dənizlispor” 1:2 hesabı ilə başa çatan matçı 9 nəfərlə başa vurmalı olub.

0
0