“Rəvan” “Neftçala” ilə də bacarmadı
02.02.2013 - 13:19
Bakıda hazırlıqlarını davam etdirən “Rəvan” dünən növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “uçan aslanlar”ın budəfəki rəqibi I divizionun iddialılarından sayılan “Neftçala” olub.
“Bayıl Arena”da keçirilən və start fiti 16:00-da səslənən görüşdə baş məşqçi Ramil Əliyev yenə müəyyən eksperimentlər həyata keçirib. Bu üzdən “Rəvan” ardıcıl 3-cü yoxlama oyununda da qələbə qazana bilməyib. Maraqlıdır ki, “Qaradağ Lökbatan” və “Sumqayıt”la 1:1 oynayan "Rəvan” yenə ənənəsinə sadiq qalıb.
Bu oyunun ilk 45 dəqiqəsində “Rəvan”dan ayrılan qapıçı Davud Kərimi sabiq komandasına qarşı qapısını toxunulmaz saxlayıb. İlk yarının sonlarında hakimin təyin etdiyi penalti nəticəsində reallaşan qolla hesabda geri düşən “Rəvan” matçın sonuna 10 dəqiqə qalmış bərabərlik qolunu vurub. Komandada baxışda olan Ramazan Abbasov künc zərbəsindən sonra müdafiəçilərin ilk cəhddə uzaqlaşdırdığı topu cərimə meydançası xətti üzərindən güclü zərbəylə rəqib toruna göndərib.
Qeyd edək ki, “Rəvan” cari mövsümdə artıq 1 dəfə "Neftçala” ilə görüşüb. Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan oyunda paytaxt klubu 2:1 hesabı ilə qalib gəlmişdi.

0
0