21 ilin 23-cüsü
02.02.2013 - 15:22
Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev karyerasında ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, hücumçu yığmamızın Dubay toplanışı çərçivəsində Özbəkistanla keçirdiyi yoxlama matçına kapitan sarğısı ilə çıxıb.
İndiyədək buna layiq görülməyən Əliyev millimizin kapitanları siyahısına daxil olub. Bu matçadək yığmanın 21 illik tarixində 22 kapitan olmuşdu. Söhbət komandanı meydana sarğı ilə çıxarmaqdan gedir. Oyunun gedişində sarğını komanda yoldaşından almaq isə nəzərə alınmır.
Millinin tarixində 192-ci oyununda yeni ampluada – kapitan kimi debüt edən Rauf buna nail olan 23-cü futbolçu oldu. Buna səbəb millinin əsas kapitanı Rəşad Sadıqov, həmçinin əvvəllər onun yoxluğunda sarğını daşımış Mahir Şükürov və Ruslan Abışov “üçlüy”ündən heç birinin Dubaya aparılmaması səbəb olub.
Qeyd edək ki, millidəki kapitanlıq sayında mütləq rekord Rəşad Sadıqova məxsusdur. O, 50 dəfə meydana kapitan kimi çıxıb.

0
0