“İnter”in 2 yoxlama oyunu keçirməməsinin səbəbi bəlli oldu
02.02.2013 - 15:49
“İnter”in 2 yoxlama oyunu keçirməməsinin səbəbi bəlli oldu
Antalyada hazırlıqlarını davam etdirən “İnter”in sabah 2 yox, 1 oyun keçirməsinin səbəbi bəlli olub. Apasport.az saytının məlumatına görə, “bankirlər” sabah “Kostulen” və “Krılya Sovetov”la üz-üzə gəlməliydi.

Belə ki, məşqçilər heyəti Moldova klubu ilə matçda gəncləri, ruslarla görüşdə isə əsas heyəti meydana buraxmağı düşünmüşdü. Ancaq sonradan qərara alınıb ki, daha güclü rəqiblə qarşılaşıb hər iki heyət meydana buraxılsın.

Belədə “İnter” sabah daha 2 klubun əvəzinə daha güclü olan “Poloniya” ilə qarşılaşmağı məqsədəuyğun hesab edilib. Polşa klubu ilə görüş Bakı vaxtı ilə saat 17:00-da qarşılaşacaq.