“Milsami”nin hücumçusu “Qəbələ”yə vurduğu qoldan danışdı
02.02.2013 - 17:10
“Sonuncu klubum “Zimbru” olub. Yanvarın əvvəllərində “Milsami”dən mənimlə əlaqə saxladılar. Bundan bir həftə sonra mənə 2,5 illik müqavilə bağlamaq təklif olundu”. Apasport.az saytının məlumatına görə, bunu Moldovanın “Milsami” klubunun yeni transferi Konstantin Yavorski deyib.
Dünən “Qəbələ” sonuncu yoxlama oyununda “Milsami” ilə qarşılaşıb. 2:2 hesabı ilə başa çatan görüşdə təmsilçimizin qələbə qazanmasına məhz Yavorski mane olub. Belə ki, Moskva “Lokomotiv”in yetirməsi olan 22 yaşlı hücumçu son dəqiqələrdə hesabı bərabərləşdirib.
Moldovalı forvard verdiyi müsahibəsində “Qəbələ”yə vurduğu ilk qoldan da danışıb: “Deyə bilmərəm ki, bu qola görə çox böyük fəxr hissi keçirirəm. Çünki mən hücumçuyam və işim qol vurmaqdır. Bununla belə, fərqləndiyim üçün şadam. Bu mənim yeni komandamda ilk qolum idi və ümid edirəm ki, vurduğum qolların sayı daha da çox olacaq”.

0
0