“Qəbələ”nin yeni futbolçusu: Obafemi Martins yaxın dostumdur
02.02.2013 - 18:19
“Mən “Qəbələ”yə keçdiyimə görə çox şadam. Bu klubda yenidən özümü göstərəcəyimə əminəm”. Bunu apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Qəbələ”nin yeni futbolçusu İfeanyi Emeqara deyib.
Nigeriyalı müdafiəçi “Qəbələ”nin “Petrolul”u 2:0 hesabı ilə yendiyi oyundan sonra Rumıniya mətbuat işçilərinin suallarını cavablamalı olmuşdu. O, açıqlamasında bundan və sonuncu klubundan danışıb: “Mən az da olsa rumın dilində bilirəm. Bu üzdən açıqlamalarımı bu dildə verirdim. Çünki 5 il Rumıniyada oynamışam. “Timişoara” və “Styaua” kimi güclü klublarda forma geymişəm. Ancaq təəssüf ki, zədəmə görə “Styaua”dan ayrılmalı oldum. Bundan sonra ölkəmə qayıdıb mənim ilk klubum olan “Ebedey”də forma geydim. Yeri gəlmişkən, Obafemi Martins və Stiven Makinva yaxın dostlarımdır. Çünki bu futbolçularla “Ebedey”də forma geymişəm”.
O, hazırda Nigeriya yığmasının 90-cı illərdə olduğu kimi yüksəlişdə ola bilməməsinin səbəbini isə tək sözlə əlaqələndirib: “Korrupsiya!”
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0