“Kəpəz” “Sumqayıt”la bacarmadı
02.02.2013 - 22:00
Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bernhard Raabın komandasının rəqibi “Kəpəz” klubu olub.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Sumqayıt”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu Sabir Allahquliyev vurub.
Qeyd edək ki, “Sumqayıt” bundan əvvəl əvəzedici komandası (2:0) və “Rəvan”la (1:1) yoxlama oyununda qüvvəsini sınamışdır.

0
0