“Sumqayıt” yığmanın sabiq yarımmüdafiəçisi ilə anlaşdı
02.02.2013 - 23:15
Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Bernhard Raabın komandası Azərbaycan U-21 millisinin sabiq yarımmüdafiəçisi Mirzağa Hüseynpuru heyətinə qatıb.
1990-cı il təvəllüdlü futbolçu Sumqayıt təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Bununla bağlı olaraq Mirzağa klubun rəsmi saytına açıqlama verib: “Azərbaycanın Goranboy şəhərində anadan olmuşam. Uşaq yaşlarımda ailəmlə birlikdə Rusiyaya köçmüşəm. Futbola da elə bu ölkədə başlamışam. 2005-2010-cu illər ərzində “Rostov” klubunda çıxış etmişəm. Əsas komandaya yüksəldiyim vaxt isə ağır zədə aldığım üçün burada möhkəmlənə bilməmişəm və “Mitos”a keçmişəm. Bu gün “Sumqayıt”la müqavilə imzaladım. İnşallah özümü yaxşı tərəfdən göstərib uğur qazanaram”.
Qeyd edək ki, Hüseynpur “Mitos”un heyətində 25 qarşılaşmada meydana çıxıb və 1 qol vurub. O, həmçinin vaxtilə Azərbaycanın U-17 və U-21 millilərinin şərəfini qoruyub.

0
0