“Timsahlar” “Qalatasaray”ı yaraladı
03.02.2013 - 00:07
“Timsahlar” “Qalatasaray”ı yaraladı
Türkiyə Superliqasında 20-ci turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

"Kasımpaşa" evində "Elazığspor"un müqavimətini qıra bilməyib. Tərəflərin 90 dəqiqə ciddi cəhdlərinə baxmayaraq hesab açılmayıb – 0:0.

Doğma publika önündə "İstanbul BB"-ni qəbul edən "Antalyaspor" inamlı qələbə qazanıb. Fasiləyə qədər hesabı aça bilməyən meydan sahibləri istəyinə ikinci yarıda nail olub. 48-ci dəqiqədə Diarranın vurduğu qol antalyalılara 3 xal qazandırıb.

Turun mərkəzi oyunu isə Bursada baş tutub. Burada "Bursaspor" son ölkə çempionu və hazırkı lider "Qalatasaray"ı qonaq edib. Ötən tur “Beşiktaş”la (2:1) derbi matçında qələbə qazanan “Cim-Bom”, bu dəfə xal itkisi ilə üzləşib. Belə ki, ilk hissədə hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb.

Beləliklə, "Qalatasaray" səfərdə 2 xal itirməsinə baxmayaraq yenə 37 xalla turnir cədvəlinin vahid lideridir.

Qeyd edək ki, Türkiyə Superliqasının 20-ci turuna bu gün keçiriləcək 4 oyunla yekun vurulacaq.


Türkiyə Superliqası

20-ci tur

1 fevral

"Beşiktaş" - "Karabükspor" - 2:2
Toraman, 16, Olcay Şahan, 58 – Əhməd İlhan, 63, Lualua, 69

"Akhisar Bələdiyyəspor" - "Kayserispor" - 1:2
Gekas, 43, Bobo, 50, Mouçe, 65

2 fevral

"Kasımpaşa" - "Elazığspor" - 0:0

"Antalyaspor" - "İstanbul BB" - 1:0
Diarra, 48
"Bursaspor" - "Qalatasaray" - 1:1
Pinto, 18 – Umut, 29

3 fevral

"Orduspor" - "Gənclərbirliyi"
"Trabzonspor" - "Qaziantepspor"
"Əskişəhərspor" - "Mersin İdmanyurdu"
"Fənərbaxça" - "Sivasspor"