“İnter” Bakıya böyük hesablı qələbə ilə qayıdır - YENİLƏNİB
03.02.2013 - 19:11
Antalya şəhərində hazırlıqlarını davam etdirən "İnter" bu gün Türkiyədə sonuncu yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” Polşanın güclülər dəstəsində çıxış edən "Poloniya" klubuna böyük hesabla qalib gəlib. Bu, komandanın Antalyada 2-ci qələbəsi olub.
Bakılılar qolları fasilədən sonra vura bilib. Yeni transfer olan ukraynalı hücumçu Yuri Fomenko etdiyi dublla qələbədə əsas pay sahibi olub.
Qeyd edək ki, "İnter" daha öncə keçirdiyi dörd yoxlama görüşündə Almaniyanın "Aalen" (0:0), Ukraynanın "Metallurq" (1:1), Almaniyanın "İnqolştad" (1:3) və Qazaxıstanın “Ordabası” (2:0) klubu ilə üz-üzə gəlib.
"İNTER" (AZƏRBAYCAN) - "POLONİYA" (POLŞA) - 3:0
QOLLAR: Yuri Fomenko, 66, 84, Daniel Genov, 82

0
0