Runi “Mançester Yunayted”i, Podolski “Arsenal”ı sevindirdi
03.02.2013 - 02:46
Runi “Mançester Yunayted”i, Podolski “Arsenal”ı sevindirdi
İngiltərə Premyer Liqasında 25-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç 8 günündə qarşılaşma baş tutub.

“Stok Siti”ni qəbul edən “Arsenal” minimal hesablı qələbəyə sevinib. Oyunun 78-ci dəqiqəsində Podolskinin vurduğu qol “topçular”a 3 xal qazandırıb.

Səfərdə “Nyukasl”ın qonağı olan “Çelsi” yenə azarkeşlərini məyus edib. Belə ki, ötən tur “Ridinq”in müqavimətini qıra bilməyən “zadəganlar”, bu dəfə məğlubiyyətə düçar olub – 2:3.

“Fulhem” – “Mançester Yunayted” qarşılaşmasında isə sevinən tərəf yenə lider olub. Matçın 79-cu dəqiqəsində Runi “qırmızı şeytanlar”a qələbə gətirən qolu vurub – 0:1.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 25-ci turunun oyunlarına bu gün keçiriləcək “Vest Bromviç” – “Tottenhem” və “Mançester Siti” – “Liverpul” matçlarından sonra yekun vurulacaq.


İngiltərə Premyer Liqası

25-ci tur

2 fevral

KPR – “Norviç” – 0:0

“Arsenal” – “Stok Siti” – 1:0
Podolski, 78

“Everton” – “Aston Villa” – 3:3
Anişebe, 21, Fellaini, 69; 90 – Benteke, 2; 61, Aqbonlahor, 24

“Nyukasl” – “Çelsi” – 3:2
Qutyerres, Sissoko, 68; 90 – Lampard, 55, Mata, 61

“Ridinq” – “Sanderlend” – 2:1
Kebe, 7; 85 – Qardner, 29-pen

“Vest Hem” – “Suonsi” – 1:0
Karoll, 77

“Viqan” – “Sauthemton” – 2:2
Kalduel, 25, Maloney, 90 – Lambert, 64, Şneyderlin, 85

“Fulhem” – “Mançester Yunayted” – 0:1
Runi, 79

3 fevral

“Vest Bromviç” – “Tottenhem”
“Mançester Siti” – “Liverpul”