Böyükağa Hacıyev: Bu hazırlığın faydasını çempionat oyunlarında görəcəyik
03.02.2013 - 03:05
Böyükağa Hacıyev: Bu hazırlığın faydasını çempionat oyunlarında görəcəyik
“Bu qarşılaşma ilə Antalya hazırlığına yekun vurduq”. Apasport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Təcrübəli çalışdırıcı dünən “ağ-qaralar”ın Türkiyənin Antalya şəhərində Çinin “Quandun Jiçjitsyuan” (4:4) komandası ilə keçirdiyi sonuncu yoxlama oyunundan sonra klubun saytına açıqlama verib.

O, “Neftçi”nin tam hazır olduğunu və bunun faydasını çempionat oyunlarında görəcəklərini bildirib:

“İstər fiziki, istərsə də taktiki baxımdan çempionata tam hazırıq. Çin klubu ilə qarşılaşmada heyətin bütün üzvlərinə şans verdik. Sevindirici haldır ki, gənclər də özlərini yaxşı tərəfdən göstərə bildi. Görüşün gedişatı da göstərdi ki, komanda bir sıra komponentlərdə irəliləyişə nail olub. Bu hazırlığın faydasını çempionat oyunlarında görəcəyik”.
0