Takeşi Okada: “Neftçi” fiziki cəhətdən daha hazırlıqlı idi
03.02.2013 - 03:36
Türkiyənin Antalya şəhərində “Neftçi” ilə qarşılaşan Çinin “Quandun Jiçjitsyuan” (4:4) komandasının baş məşqçisi Takeşi Okada oyun haqda fikirlərini bildirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 2010-cu ildə keçirilmiş dünya çempionatında Yaponiya millisini 1/16 final mərhələsinə qədər daşımaqla tanınan mütəxəssis matçdan əvvəl “ağ-qaralar”la maraqlandığını ifadə edib.
O, “Neftçi”nin fiziki cəhətdən daha hazırlıqlı olduğunu vurğulayıb:
“Bütün futbolçuları sınamaq üçün 3 hissəli matç oynadıq. Bu görüşdən əvvəl rəqib haqqında maraqlanmışdım və bilirdim ki, çempion olmaqla yanaşı, bu mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıblar. İlk hissədə komandamız pis təsir bağışlamadı amma getdikcə təşəbbüsü əldən verdik. Hiss olunurdu ki, rəqib fiziki cəhətdən daha hazırlıqlıdır. Bir sıra çatışmayan cəhətlərimizi gördük. Bunları aradan qaldırmağa çalışacağıq”.

0
0