“Napoli” lider “Yuventus”a çatdı
03.02.2013 - 05:42
“Napoli” lider “Yuventus”a çatdı
İtaliya A seriyasında 23-cü turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə iki qarşılaşma baş tutub.

Evində "Torino"nu qonaq edən "Sampdoriya" rəqibinin müqaviməti ilə üzləşib. 90 dəqiqə ərzində tərəflərin ciddi cəhdlərinə baxmayaraq hesab açılmayıb – 0:0.

"Napoli" isə doğma publika önündə "Kataniya"nı üstələyib. İlk hissədə vurduğu iki qolla Neapol təmsilçisi meydandan qalib ayrılıb.

Bu qələbə ilə “Napoli” xalını 49-a çıxararaq müvəqqəti də olsa lider “Yuventus”la 1-2-ci yerləri bölüşürlər.

Qeyd edək ki, İtaliya A seriyasının 23-cü turuna bu gün yekun vurulacaq.

İtaliya A seriyası

23-cü tur

1 fevral

"Roma" - "Kalyari" - 2:4
Totti, 35, Mattos, 90 - Nainqolan, 4, Qouçeiça, 47- avtoqol, Sau, 53, Pisano, 71

2 fevral

"Torino" - "Sampdoriya" – 0:0

"Napoli" - "Kataniya" – 2:0
Hamşik, 31, Kannavaro, 44

3 fevral


"Kievo" - "Yuventus"
"Fiorentina" - "Parma"
"Cenoa" - "Latsio"
"Palermo" - "Atalanta"
"Peskara" - "Boloniya"
"Siena" - "İnter"
"Milan" - "Udineze"