Zdenek Zeman “Roma”dan qovuldu
03.02.2013 - 06:02
"Roma”ın baş məşqçisi Zdenek Zemanın işinə son qoyulub. Apasport.az saytının məlumatına görə, paytaxt klubu bu qərara İtaliya A seriyasının 23-cü turunda öz meydanında "Kalyari"yə 2:4 hesabı ilə məğlub olduqdan sonra gəlib.
Uğursuz çıxışın ən böyük günahkarlarında biri kimi göstərilən 65 yaşlı çalışdırıcının komandası ardıcıl 5 ölkə çempionatında qələbə üzünə həsrət qalıb. 7 turda romalılar sadəcə 5 xal toplayıb. Hələlik isə “canavarlar”a müvəqqəti olaraq Aurelio Andreatsali rəhbərlik edir.
Qeyd edək ki, “Roma” rəhbərliyi boş qalan bu posta Fransa milli komandasının sabiq baş məşqçisi Loran Blanı namizəd görür. Artıq tərəflər danışıqlara başlayıb.

0
0