“Real” Kaka üçün 18 milyon avro istədi
03.02.2013 - 06:28
“Real” Kaka üçün 18 milyon avro istədi
“Milan”ın vitse-prezidenti Adriano Qalliani Kakanın İtaliya klubuna transfer olmamasının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, buna “Real”ın yüksək məbləğ istəməsi səbəb olub.

Milan təmsilçisinin nümayəndəsi braziliyalı futbolçusunun keçidi üçün madridlilərin onlardan 18 milyon avro təzminat haqqı tələb etdiyini bildirib: “Kaka məsələsi mənim üçün artıq bağlanıb. “Real” bunun üçün 18 milyon avro istədi. Yaşı və aldığı ödəniş hesaba qatılanda, bu ağla sığmaz bir şey idi. Biz də bununla razılaşmadıq və ondan vaz keçdik”.

Qeyd edək ki, Patoyu “Korintians”a satan “Milan” onun əvəzinə Kaka transfer etmək istəyirdi. Lakin İtaliya klubu onun yerinə 20 milyon avroya Mario Balotelliyi transfer etməyi üstün tutub.