Bülənt Yıldırım futbolçumuza qarşı rəhmsiz davranıb
03.02.2013 - 10:51
“Təbii ki, matça hesabdan daha çox yaşanan qırmızı vərəqələr damğa vurdu. Yəni mən baş hakim Bülənt Yıldırımı Türkiyə Superliqasında hakimlik təcrübəsindən daha anlayışlı davranmağını gözləyirdim. Ancaq onun bu qədər rəhmsiz olmağını gözləməzdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Dənizlispor”un məşqçisi Kamal Atik deyib. Baş məşqçi Səlahəttin Dərvənt oyunda “texniki zona”dan qovulduğundan, matçdan sonra jurnalistlər qarşısına çıxan Atik baş hakimin qərarlarını narazılıq edib.
Belə ki, Türkiyə Superliqasından yaxşı tanınan baş hakim Bülənt Yıldırım I liqanın son turunda “Adana Dəmirspor”un 1:2 hesabı ilə uduzduqları oyunda “Dənizlispor”dan 3 futbolçuya qırmızı vərəqə göstərib və bunlardan biri azərbaycanlı müdafiəçi Rail Məlikov olub. Atik hakimin qərarına etiraza görə meydandan çıxarılan futbolçumuzun da müdafiəsinə qalxıb: “Məncə, hakim Superliqa və I liqanı ayırırsa, bu, çox yanlışdır. Bu qədər kiçik dialoqların, hərəkətlərin futbolda yeri olduğunu hamımız bilirik. Yəni bu qədər anlayışsızlıq, rəhmsiz olmaq bizim canımızı ağrıtdı. Sadəcə, mübarizə aparan, rəqiblə, hakimlə, azarkeşlə ilə işi olmayan bu qədər təmiz futbolçularımız var. Ancaq təəssüf ki, Bülənt Yıldırım “Dənizlisöpor”a, futbolçularına qarşı çox rəhmsiz davrandı. İnşallah, o, bunu bir daha etməz”.

0
0