“Bakı”: Elmas qayıtdı, Martines müayinədən uğurla keçdi
03.02.2013 - 11:50
“Bakı”: Elmas qayıtdı, Martines müayinədən uğurla keçdi
“Bakı”nın qış fasiləsində heyətinə qatdığı ispaniyalı futbolçu Mario Martines tibbi müayinədən uğurla keçib. Apasport.az saytının məlumatına görə, müsbət nəticələri əldə edən “zolaqlılar”ın 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayaraq, onu notariusdan qeydiyyat keçirməyi qalıb.

Bununla da Mario rumıniyalı hücumçu Marius Pena və trük əsilli hollandiyalı yarımmüdafiəçi Ferdi Elmasdan sonra keçidi rəsmiləşən 3-cü futbolçu olacaq. Martineslə müqavilənin 1,5 illik olacağı gözlənilir.

Müqavilə imzalandıqdan sonra yır-yığış etmək üçün vətəninə yollanan Ferdi artıq qayıdıb və Pena ilə Martines kimi “Bakı”nın məşqlərində iştirak edir. Komanda sıralarına qayıdan serbiyalı baş məşqçisi Bojidar Bandoviçin rəhbərliyi altında hazırlığını davam etdirir. Onun qış fasiləsində axtardığı mərkəz müdafiəçisi mövqeyinə bir sıra legionerləri sınasa da, onu qane edən olmadığından, götürəsi olmatıb.

Qeyd edək ki, “Bakı” fasilədə mərkəz müdafiəçisi mövqeyinə yerli transfer – AZAL-da gedən kapitanı Aqil Nəbiyevi alıb.