“Barselona” martın sonuna kimi baş məşqçisiz qalacaq
03.02.2013 - 12:12
“Barselona” martın sonuna kimi baş məşqçisiz qalacaq
“Barselona” baş məşqçisi Titi Vilanovanın xidmətindən martın sonuna kimi istifadə edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, 43 yaşlı çalışdırıcının qulağındakı şişin aradan qaldırılmağı ilə bağlı əməliyyatdan sonra müalicəsi həmin vaxta kimi davam edəcək. O, bu müddətdə ABŞ-ın Nyu-York şəhərində olacaq.

Əvvəl belə ehtimal olunurdu ki, Vilanova müalicə arasında fasilə zamanı Barselonaya gələcək. Ancaq sonda belə qərara gəlinib ki, məşqçi uzun müddətli uçuşlara güc sərf etməsin. Onun yoxluğunda baş məşqçi vəzifəsini Jordi Roura icra etməkdə davam edəcək. O, Vulanova ilə daim əlaqədə olaraq, qəbul olunan qərarları məsləhətləşəcək.