Foqtsla ilk dəfə
03.02.2013 - 12:54
Foqtsla ilk dəfə
Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Özbəkistan yığması ilə yoldaşlıq görüşündəki nəticəsi onun üçün ən tanışdır. Belə ki, millimiz fevralda keçirdiyi oyunlarda daha çox 0:0 hesabkı heç-heçə edir. Bu, özbəklərlə matçda 7-ci dəfə müşahidə olunub.

Maraqlıdır ki, millimiz tarixində fevralda keçirdiyi ilk oyunda – 1996-cı ilin fevralın 15-də Estoniya yığması ilə Larnakadakı yoldaşlıq görüşündə də qolsuz bərabərliyə qalıb. Növbəti 0:0 hesabı 2000-ci ildə Andorra ilə La-Vallettada keçirilın yoldaşlıq görüşündə qeydə alınıb.

Yığmamız 2005-2008-ci illərdə ardıcıl 4 dəfə fevralda qolsuz heç-heçə edib. Bunlare Moldova və Ukrayna ilə Bakıda, Özbəkisatnla Karşidə, Qazaxıstanda yoldaşlıq görüşü idi. Millimiz almaniyalı baş məşqçisi Berti Foqtsla ilk dəfə bu ayda 0:0 hesablı bərabərliyə imza atıb.

Qeyd edək ki, millimiz tarixində 23-cü dəfə fevralda meydana çıxaraq, bunun 5-də qələbə qazanıb, 8 heç-heçə edib və 10 dəfə uduzub.