Ruslan Abışov üçün “Fiorentina”dan rəqib
03.02.2013 - 13:22
Ruslan Abışov üçün “Fiorentina”dan rəqib
“Xəzər Lənkəran”ın və Azərbaycan millisinin futbolçusu Ruslan Abışovu heyətinə qatmaq istəyən “Rubin” klubu daha bir müdafiəçini transfer etmək fikrindədir. Apasport.az saytının məlumatına görə, kazanlılar “Fiorentina”nın argentinalı legioneri Fakundo Ronsalyonu almaq niyyətindədir.

Premyer Liqa təmsilçisi 25 yaşlı müdafiəçi üçün 6 milyon avro ödəməyə hazıdır. İtalyanlar artıq bir dəfə təklifdən vaz keçsə də, kazanlılar iddiasını davam etdirir.

Qeyd edək ki, Abışov “Rubin”in Antalyadan sonra İspaniyada təlim-məşq toplanışında yer alıb.