Premyer Liqamızın gümüş medalçısı federasiya vitse-prezidenti seçildi
03.02.2013 - 17:00
Premyer Liqamızın gümüş medalçısı federasiya vitse-prezidenti seçildi
Bu gün Moldova Futbol Federasiyasında (MFF) prezidenti seçkisi keçirilib. Apasport.az saytının məlumatına görə, Pavel Çebanu böyük səs üstünlüyü ilə yenidən bu posta seçilib.

Onun müavinlərindən biri isə azərbaycanlı futbolsevərlərə tanış bir isimdir. Belə ki, Bakı “İnter”inin moldovalı sabiq futbolçusu İon Testemitsianu MFF-ə vitse-prezident seçilib. Konqress bu vəzifəyə 39 yaşlı veteran futbolçu daxil olmaqla 4 nəfərin namizədliyini təsdiqləyib.

Qeyd edək ki, 20089 mövsümündə “İnter”in heyətində Premyer Liqamızın gümüş medalını qazanan Testemitsianu futbolçu karyerasını bitirdikdən sonra millisində məşqçi işləyib.