Vaqif Cavadov: Lüksemburqa yalnız 3 xal dalınca gedəcəyik
03.02.2013 - 18:00
Vaqif Cavadov: Lüksemburqa yalnız 3 xal dalınca gedəcəyik
“Milli komandaya yeni oyunçular dəvət olunub. Bu təlim-məşq toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına hazırlaşmaqdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov AFFA-nın rəsmi saytına açıqlamasında deyib. “Qarabağ”ın hücumçusu millinin heyətində Dubaydakı təlim-məşq toplanışı haqda fikirlərini bildirib.

Vaqifin sözlərinə görə, həm klubda, həm də milli komandanın toplanışlarında yaxşı hazırlıq keçmələri müsbət təsirini göstərəcək: “Milli komandada futbolçular həmişə bir yerdə olmurlar. Ay ərinzdə bir dəfə toplaşırıq. Ona görə bu cür təlim-məşq toplanışları lazımdır. Dediyim kimi, mart ayında bizi səfərdə Lüksemburq yığması ilə vacib oyun gözləyir. Səfərə ancaq 3 xal dalınca gedəcəyik. İnanırıq ki, burda yaxşı hazırlaşıb Lüksemburda sərfəli nəticə qazanacağıq”.
0