“Biz gənc oyunçular əlimizdən gəldiyi qədər özümüzü göstərməyə çalışırıq”
03.02.2013 - 18:18
“Biz gənc oyunçular əlimizdən gəldiyi qədər özümüzü göstərməyə çalışırıq”
“Bu təlim-məşq toplanışına bir neçə gənc oyunçu dəvət olunub. Dubay toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına daha yaxşı hazırlaşmaqdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Elhad Nəziri deyib.

Moldovanın “Milsami” klubunun müdafiəçisi yığmanın Dubaydakı təlim-məşq toplanışını faydalı sayır: “İnşallah bu hazırlıqdan maksimum yararlanarıq. Biz gənc oyunçular da əlimizdən gəldiyi qədər özümü göstərməyə çalışırıq”.