Fatih Şanlı: Azərbaycan millisində oynamaq möhtəşəm idi
04.02.2013 - 10:27
“Azərbaycan milli komandasının heyətində oynamaq möhtəşəm idi. Bu, hər bir futbolçu üçün şərəfdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Fatih Şanlı deyib.
Almaniya Regionalliqasında çıxış edən “Berqiş Qladbax”ın şərəfini qoruyan 20 yaşlı hücumçu yığmamızın Antalya toplanışında debüt edib. O, Rusiya təmsilçisi “Rubin”in əvəzedici komandası ilə matçda belə şans qazanıb: “Rubin”in əvəzediciləri ilə 2:2 hesabı ilə başa çatan yoxlama oyunundan sonra müsbət rəylər eşitdim. Gələcəkdə də bu yığmaya məxsus olacağam. Məni əvvəllər də Azərbaycan yığmasının seleksiyaçıları izləyirdilər. Sonradan məni milliyə çağırdılar. Buna görə klubumuzun məşqçilər korpusuna, xüsusilə də baş məşqçimiz Ditmar Şaxta təşəkkür edirəm. Onlar bu səviyyəyə çatmağımda pay sahib oldular”.
Millimizin üzvü aşağı dəstədə oynamasına da aydınlıq gətirib: “Açığını deyim ki, bu kluba məcburiyyətdən keçmişdim. Həmin vaxt Türkiyə klubuna transfer olunacaqdım. Lakin həmin klubun adı oyun alqı-satqısında hallandığından keçidim baş tutmadı. Klubsuz qalmamaq üçün “Berqiş Qladbax”la müqavilə imzaladım. Bu da yaya qədər nəzərdə tutulub. Çünki daha güclü çempionatlarda oynamaq potensialına malikəm”.

0
0