Azərbaycan – Lixtenşteyn oyunu canlı yayımda
04.02.2013 - 11:41
 Azərbaycan – Lixtenşteyn oyunu canlı yayımda
Azərbaycan milli komandasının növbəti yoldaşlıq oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Lixtenşteyn yığması ilə keçiriləcək qarşılaşma www.affatv.az saytı vasitəsilə nümayiş olunacaq. Fevralın 6-dakı matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma "Əl Vəsl" stadionunda keçiriləcək.

Mənbə: affa.az