“Neftçi” yenə irəlilədi, “İnter” siyahıdan kənar düşdü
04.02.2013 - 11:53
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin 425 ən güclü komandası müəyyənləşib.
Siyahıda Azərbaycanın 1 təmsilçisi də yer alıb. Belə ki, ötən ay 436 komanda arasında olan “İnter” siyahını tərk edib.
İFFHS-in cədvəlində yenə tək təmsilçimiz kimi qalan “Neftçi” növbəti irəliləyişini gerçəkləşdirib. Hesabında ötən ay olduğu kimi 90,5 xal olan Böyükağa Hacıyevin yetirmələri 191-ci pillədən 188-ci yerə yüksəlib. 3 pillə irəliləyən təmsilçimiz Kosta-Rikanın “Erediana” və Çexiyanın “Siqma” klubları ilə şərikdir. Bakılıların son 1 ayda arxada qoyduğu klublar arasında İtaliya “Bolonya”sı da var.
Siyahıya yenə İspaniya “Barselona”sı başçılıq edir – 307 xal. 281 xala malik İngiltərə “Çelsi”si isə 2-ci sıranı əldən verib. İndi 3-cü olan londonlular İspaniya “Atletiko”sunu önə buraxıb – 298 xal.

0
0