Polşadakı ən yaxşı bombardirimiz
04.02.2013 - 12:38
Polşadakı ən yaxşı bombardirimiz
Qadın həndbolçular arasında “Çelenc Cup”in 1/16 final mərhələsində Polşanın “Politexnika” klubuna uduzan Azərbaycan çempionu ABU-nun ən məhsuldar oyunçularının adları məlum olub. Apasport.az saytının məlumatına görə, səfərdə baş tutan 2 oyunu ümumi 37:75 hesabı (15:38, 22:37) ilə uduzan təmsilçimizdə 8 həndbolçu qol vurub.

İki oyunda 9 qol vuran İranə Qasımova ABU-nun Polşadakı bombardiri olub. Alyona Şulindina 7 dəfə fərqlənib. Olqa Poqonina ilə Rəna Nəsrəddinova hərəyə 6 qolun müəllifi olublar. Günel Əliyeva 4 dəfə polşalıları məyus edib. Digər 3 həndbolçumuz isə 2-dən çox qol vurmayıblar.