AFFA-nın Lisenziyalaşdırma qrupunun işinə müsbət qiymət
04.02.2013 - 13:23
İsveçrənin SGS şirkəti 2012-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, şirkət tərəfindən assosiasiyaya ünvanlanmış təbrik məktubunda yoxlamanın nəticələrinin müsbət olması yer alıb.
Sənəddə qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur. Yoxlamanın nəticələrindən məlum olub ki, Lisenziyalaşdırma qrupu 2013-cü ildə Azərbaycan klublarının qitə miqyaslı yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
Mənbə: affa.az

0
0