“Kəpəz”in futbolçusunun ayağı gipsdə qalacaq
04.02.2013 - 17:33
“Kəpəz”in futbolçusunun ayağı gipsdə qalacaq
Bir müddət öncə məşq proseslərindən birində zədələnən “Kəpəz”in futbolçusu Emin Əliyevin vəziyyəti həkim nəzarəti altındadır. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçinin sağ ayağı gipsdədir.

Əliyevin topuq oynağında iki yerdə sınıq, həmçinin bağında hissəli qopma var. “Kəpəz”in həkimi Şıxəli Həsənovun sözlərinə görə, Eminin ayağı iki həftə gipsdə qalacaq. Yalnız bundan sonra reablitasiya mərhələsi başlayacaq. Futbolçunun komandanın sıralarına dönməsi təxminən 1 aya yaxın vaxt aparacaq.

Qeyd edək ki, Emin hələ yanvarın ortalarında, komanda məşqlərə yeni başlayan zaman bud əzələsi və qasıq nahiyyəsindəki ağrılardan əziyyət çəkirdi.