Kandelaki Aqollini məğlub etdi
07.02.2013 - 04:34
Albaniya və Gürcüstan milli komandaları yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada Azərbaycan çempionatında çıxış edən iki futbolçu da mübarizə aparıb.
Bunlar “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ilə “İnter”in gürcüstanlı müdafiəçisi İliya Kandelakidir. Aqolli start heyətdə meydana çıxaraq 74-cü dəqiqə komandasına kömək edib. Kandelaki də Ansi kimi ilk dəqiqələrdən meydana çıxıb. Lakin o, rəqibindən fərqli olaraq fasilədə əvəzlənib.
Qeyd edək ki, Gürcüstan millisi Vatsadze və Lobzhanidzenin vurduğu qollarla 2:1 hesablı qələbə qazanıb. Albaniya yığmasının yeganə qoluna isə Boqdani imza atıb.

0
0