“Kəpəz” nağılı bitmək bilmir...
09.02.2013 - 12:11
Artıq transfer edənlər etdi, etməyənlər də onlara baxdı. Topaz Premyer Liqasının autsayderi, aşağı dəstəyə düşməyə “1” nömrəli namizədi “Kəpəz” də etdi transfer. Zarafat deyil, komanda 10-a yaxın futbolçunu göndərib, təxminən bir o qədər sayda da futbolçu aldı. Daha kimlər gəlmədi ki, “Kəpəz”ə...
Ölkənin ən köklü klublarından olan Gəncə təmsilçisinə “Bakı”nın əsas heyətindən qovulan, gözü başqa klublardan olacaq təkliflərdə qalan Cəmşid Məhərrəmov, “Tərəqqi”, “Neftçala”, “Ağsu” kimi aşağı dəstələrdə top qovan futbolçular, Rusiyada heç kəsə lazım olmayan oyunçular və keçmiş SSRİ məkanında futbol oynamağı bacarmayan türkmənistanlılar gəldi. Sonuncuların komandaya götürülməsini necə də olsa anlamaq olar. Vaxtilə AZAL-a Elman Taqayevi qazandıran Türkmənistandakı diaspora rəhbərimiz Vidadi Sadıqovun gəncəli olması öz sözünü deyir...
Bu futbolçuların qabında nələrin olmasını zatən “Neftçi” ilə matçda görəcəyik. Bu üzdən bu haqda uzun danışmağa ehtiyac da yoxdur. Hər şeyi zamanın ixtiyarına buraxaq...
Əsas məqam isə ondan ibarətdir ki, “Kəpəz”də qış nağılı başa çatmır ki, çatmır. Komandada vahid söz anlayışı deyilən bir şey yoxdur. Klub əvvəlcə legionerlərinin hamısını göndərdiyini söyləyir. Sonra məlum olur ki, legionerlərdən 3-ü – Arman Fetşin, Nikolay Svejentsev və Buyamin Asani qalacaq. Ən pisi isə odur ki, klub rəsmiləri bu “3-lüy”ün adını çəkəndə Georgi Sepiaşvilinin gürcü legioner olduğunu unudur. Mahmud Qurbanov apasport.az-a yanvarın əvvəllərində verdiyi açıqlamasında isə Sepiaşvilinin onsuz da qalacağını söyləməklə bizi daha da təəccübləndirir. Yəqin ki, vurğunu nəyə vurduğumu anladız...
Bu hələ harasıdır ki... Sonra məlum olur ki, Svejentsev və Asani transferə çıxarılır. İndi gəl buna inan. Gah komandadan göndərilir, gah saxlanılır, gah da transferə çıxarılır. Bu məntiqlə Fetşinin komandada qalacağı gözlənilir. Amma bir də baxıb görürük ki, kamerunlu Avropada- Yunanıstanda peyda olub və müqavilə də bağlayıb.
İşlər bununla yekunlaşsaydı, dərd yarı idi. Komandadan oyununa görə göndərilən, Mahmud Qurbanovun şəxsən bəyənmədiyi Şahin Kərimovun yenidən “Kəpəz”də peyda olması qış nağılının hələ bitmədiyini göstərir. Bunu dünən klubun rəsmi saytında Gəncə təmsilçisinin yeni kapitanı ilə bağlı xəbərdə görmək mümkündür. Orda sanki heç nə olmayıbmış kimi izah verilmədən Kərimovun vitse-kapitan olduğu göstərilir. İmkan olanda izah verin ki, biz jurnalistlər də onun yenidən niyə və nəyə görə geri qaytarıldığının səbəbini də bilək...
Nə bilim vallah. Arzu edək ki, “Kəpəz”də nağıl bitsin və qoyduğum bu 3 nöqtələrin yerinə göydən 3 alma düşsün. Qış yuxusundan ayılmaq zamanıdır, cənablar. Artıq yaza dogru gedirik...
Səbuhi TOFİQOĞLU

0
0