Pike “Mançester Yunayted”i favorit hesab edir
11.02.2013 - 21:36
Pike “Mançester Yunayted”i favorit hesab edir
“Barselona”nın futbolçusu Xerard Pike Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaq Kataloniya klubunun əzəli rəqib olan “Real” -“Mançester Yunayted” matçını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının və “Barselona”nın dəyişməz mərkəz müdafiəçisi bu oyunda fovaritinin İngiltərə təmsilçisinin olduğunu bildirib.

2004-2008-ci illərdə “qırmızı şeytanlar”ın formasını geyinən Pike Aleks Ferqyussonun yetirmələrinin şansının daha çox olduğunu ifadə edib. Xerard İngiltərə Premier Liqasının turnir cədvəlində ən yaxın izləyicisi “Mançester Siti”ni 12 xal qabaqlayan “Mançester Yunayted”in hazırda daha yaxşı formada olduğunu və bu üstünlüklərindən yaxşı istifadə edəcəklərini vurğulayıb.

Qeyd edək ki, İspaniya La Liqasının 23-cü turunda “Barselona”nın “Qetafe” (6:1) üzərində böyük hesablı qələbə qazanmasında adını tabloya yazdıran Pike, bu mövsüm çempionatda 2-ci qolunu vurmuş olub.