Valverde PSJ-ni təriflədi
13.02.2013 - 04:48
“Matçın sonunda ümidlərimizi cavab oyununa daşıyacaq qolu vurmağı bacardıq. Amma səfərdə işimiz çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Valensiya”nın baş məşqçisi Ernersto Valverde səsləndirib. O, Çempionlar Liqasının 1/8 final mərhələsində evində PSJ (1:2) ilə oyundan sonra fikirlərini bildirib.
Təcrübəli çalışdırıcı rəqibinə təriflər yağdırıb: “Söyləyəcək bir şey yoxdur. Onlar hər əks-hücumda təhlükə yardırdılar. Biz sadəcə meydanda çox hərəkət edirdik, topu tez-tez itirirdik və buna görə də oyunumuz istədiyimiz kimi alınmadı. Etiraf etmək lazımdır ki, ilk yarıda çox topsuz qaldıq. Onların Lukas Moura və Lavezzi kimi inanılmaz silahları var. Cavab matçında isə rəqibə həmin ki taktikadan çətin istifadə edəcəyik. Biz səfərə getməzdən öncə qalib gəlməyə çalışmalı idik. Yenə də meydana çıxıb qələbə qazanmağa cəhd edəcəyik”.

0
0