FİFA “Qalatasaray”ı sevindirdi
13.02.2013 - 09:08
FİFA “Qalatasaray”ı sevindirdi
FİFA Fil Dişi Sahilindən olan futbolçu Didye Droqbanın “Qalatasaray”da oynamağına rəsmən icazə verib. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumu bununla da Çinin “Şanxay Şenxua” klubunun şikayətini müsbət cavablamayıb.

Belə ki, çinlilər təcrübəli hücumçunun Türkiyə klubuna keçidindən FİFA-ya bunun qeyri-qanuni olmağı ilə bağlı müraciət etmişdi. Onlar bunu futbolçu ilə müqavilələrinin olmağı ilə əsaslandırırdı.

Ancaq məsələyə baxan FİFA-nın komissiyası “Qalatasaray”ın xeyrinə qərar çıxarıb. Bu da onunla bağlıdır ki, Droqbaya əvvəlki klubu maddi öhdəlikləri yerinə yetirmədiyinə görə müqaviləni birtərəfli qaydada pozmaq hüququna malik olub.